Bakıda bu şəxs sizi də aldada bilər: DİQQƏTLİ OLUN – VİDEO

Gündəm 24 Sentyabr 2018 21:42 Oxunub 1026
Bakıda bu şəxs sizi də aldada bilər: DİQQƏTLİ OLUN – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda məsələ ilə bağlı polis araşdırma başladıb

Aptekə saxta pul verən şəxs kameralara yaxalanıb. Avtosfer.az metbuat.az-a istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında paytaxtın Nəsimi rayonunda yerləşən apteklərdən birində baş verib. Təqribən, 20-25 yaşlarında olan gənc aptekə uşaq bezi almaq məqsədilə daxil olub. 50 manatı satıcıya uzadan gənc məhsul və pulun qalığını alandan sonra aptekdən çıxıb. Lakin bir müddətdən sonra satıcı pulun saxta olduğunun fərqinə varıb. Dərhal məsələ ilə bağlı polis əməkdaşlarına məlumat verilib. Paytaxtdakı aptek və dükanlara saxta pul “sırıyan” şəxsin axtarışları davam edir. Qeyd edək ki, sözügedən aptekdə ötən həftə də oğurluq hadisəsi qeydə alınıb. Qrup şəklində aptekə daxil olan şəxslərdən biri satıcının diqqətini yayındırdıqdan sonra oradan oğurluq edib. Təqribən, 40-45 yaşlarında olan şəxsin oğurluq etdiyi hadisə aptekin təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb. Hazırda məsələ ilə bağlı polis araşdırma başladıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh