Netanyahu yenidən Putinə zəng etdi – S-300 görə

Gündəm 24 Sentyabr 2018 21:15 Oxunub 539
Netanyahu yenidən Putinə zəng etdi – S-300 görə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Telefon söhbəti İsrail tərəfinin təşəbbüsü ilə baş tutub

İsrail baş naziri Binyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, telefon söhbəti İsrail tərəfinin təşəbbüsü ilə baş tutub. Bildirilir ki, Netanyahu bir daha Putinə İl-20 təyyarəsində olan hərbçilərin ölümü ilə əlaqədar başsağlığı verib.  Söhbət zamanı qeyd olunub ki, İsrail hərbçiləri tərəfindən Moskvaya təqdim olunan hesabat Rusiya Müdafiə Nazirliyinin məlumatları ilə düzgün gəlmir. Putin bildirib ki, Rusiyanın Suriya Hava-Hücumundan Müdafiə sisteminin gücləndirilməsi ilə bağlı qərarı mövcud duruma uyğundur və rusiyalı hərbçilərin təhlükəsizliyinə xidmət edir. İsrailin Ynet nəşri isə iddia edir ki, söhbət zamanı tərəflər Rusiyanın Suriyaya S-300 kompleksinin verilməsi məsələsini müzakirə ediblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh