Qatarlar indi də göydə gedəcək - Dünyada ilk

Texnologiya 24 Sentyabr 2018 21:55 Oxunub 1541
Qatarlar indi də göydə gedəcək - Dünyada ilk
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun ilk hissəsinin tikintisinə təxminən 6 milyon dollar tələb olunacaq

İsrailin Netaniya şəhərində ölkədə ilk maqnitoplan - “hava qatarı” (Skytrain) qurulacaq. O, hava nəqliyyatı ilə rəqabət aparmaq iqtidarında olacaq. Avtosfer.az ICTnews-a istinadən xəbər verir ki, bunlar 2-3 nəfərlik sərnişin tutumuna malik kapsul formasında “marşrut taksiləri”dir və 25 metr hündürlükdə hərəkət edəcəklər. Sərnişinlər isə liftlər vasitəsilə giriş məntəqəsinə qaldırılacaq. Bildirilir ki, yolun 650 metr uzunluğunda ilk eksperimental hissəsi yaşayış mikrorayonlarından birini dəmir yolu vağzalı ilə birləşdirəcək. Monorelsli yol xüsusi gərginlikli şəhər şosesini iki hissəyə böləcək və sənaye zonası üzərindən keçəcək. Maqnitoplanı relslər üzərində elektromaqnit sahəsinin gücü saxlayacaq. Belə qatar ənənəvi qatarlardan fərqli olaraq hərəkət zamanı rels səthinə toxunmur və 300 km/saat sürətlə hərəkət edir.  Layihələndirmə işləri artıq başa çatıb. Yolun ilk hissəsinin tikintisinə təxminən 6 milyon dollar tələb olunacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh