Leysan yağışlar 11 nəfərin ölümünə səbəb olub

Gündəm 25 Sentyabr 2018 10:47 Oxunub 484
Leysan yağışlar 11 nəfərin ölümünə səbəb olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pəncab ştatında qırmızı təhlükə səviyyəsi elan edilib

Hindistanın şimal ştatlarında leysan yağışlarının yaratdığı daşqın və sürüşmələr nəticəsində azı 11 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə "Times of India" nəşri yazıb. Qəzetin yazdığına görə, təbii fəlakət əsasən Cammu və Kəşmir, Pəncab, Himaçal-Pradeş və Haryana ştatlarına zərbə vurub. İki gün davam edən yağışlar subasmalar, sürüşmələr və çoxsaylı dağıntılara səbəb olub. Pəncab ştatında qırmızı təhlükə səviyyəsi elan edilib. Cammu və Kəşmirdə və Himaçal-Pradeş ştatının əksər hissəsində məktəblər bağlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh