Ötən gün baş verən yol qəzalarında – 2 ölü, 3 yaralı

Gündəm 25 Sentyabr 2018 10:50 Oxunub 488
Ötən gün baş verən yol qəzalarında – 2 ölü, 3 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a daxil olan məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 102 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh