Dəhşətli qəza: Ana və 2 oğlu öldü, gəlin komadadır – FOTO + VİDEO

Qəzalar 25 Sentyabr 2018 11:05 Oxunub 1206
Dəhşətli qəza: Ana və 2 oğlu öldü, gəlin komadadır – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda qadın komadadır

Rusiyada baş verən ağır yol qəzasında azərbaycanlı ailənin bir neçə üzvü həlak olub. Avtosfer.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, hadisə sentyabrın 19-da Samara-Ufa-Çelyabinsk magistral yolunda qeydə alınıb. Qəzaya səbəb “Mercedes-Benz” minik avtomobili ilə “Hyundai” markalı yük furqonu və “İveco” yük maşınının toqquşması olub.  Nəticədə minik avtomobilində olan Nicat və Araz Quliyev Şamil oğulları, həmçinin anaları İradə Quliyeva İslam qızı ölüb. Qəzada azyaşlı və ailənin gəlini yaralı halda xəstəxanaya yerləşdirilib. Hazırda qadın komadadır.  Qeyd edək ki, ailə uzun müddətdir ki, Rusiyada yaşayır. Onlar Azərbaycana tətil üçün gəliblər və sentyabrın 15-i Masallının Türkoba kəndindən şəxsi avtomobilləri ilə Rusiyaya yola düşüblər. Dünən isə ana və iki oğlu Masallıda dəfn olunub. Rusiya mediası qəza yerindən çəkilən fotolar və video yayıb.



ŞƏRH YAZ
Ad

E-mail

Şərh