Yol polisi “Diqqət, uşaqlar!” təhlükəsizlik aylığını davam etdirir - FOTO

Yol polisi 25 Sentyabr 2018 11:42 Oxunub 979
Yol polisi “Diqqət, uşaqlar!” təhlükəsizlik aylığını davam etdirir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi təhlükəsizlik tədbirlərini gücləndirir

Respublikamızın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar hərəkətin intensivliyinin yüksək olduğu küçə və yollarda, təhsil müəssisələrinin qarşısında məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması məqsədilə profilaktiki tədbirlər davam etdirilir. Uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə Daxili İşlər Nazirliyinin 12 sentyabr 2018-ci il tarixli müvafiq göstərişinə əsasən 2018-ci ilin sentyabr ayının 15-dən oktyabrın 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bu istiqamətdə Zaqatala Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən də hərəkət iştirakçılarının məlumatlandırılması məqsədilə maarifləndirici tədbir keçirilib. Tədbir zamanı sürücülər saxlanılaraq onların yaddaşlarının təzələməsi üçün Yol Hərəkəti Haqqında Qanunun və Azərbaycan Respublikası İXM-nin müvafiq maddələri bir daha ətraflı şəkildə izah olunub.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh