Ramil Usubov işdən çıxardığı rəisə yüksək vəzifə verdi - TƏYİNAT

Yol polisi 25 Sentyabr 2018 15:24 Oxunub 2074
Ramil Usubov işdən çıxardığı rəisə yüksək vəzifə verdi - TƏYİNAT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazir Fəqan Azadəliyevi yeni vəzifəyə təyin edib

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovniki Ramil Usubov Goranboy rayon polis şöbəsinin sabiq rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlunu yeni vəzifəyə təyin edib. Ramil Usubovun müvafiq əmri ilə F.Azadəliyev Bakı Baş Polis İdarəsinin Əməliyyat Statistik İnformasiya şöbəsinin rəisi təyin olunub.

Xəbəri Unikal.org-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov təsdiqləyib.

Xatırladaq ki, F.Azadəliyev 2014-cü ilin fevral ayından Goranboy rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Bu ilin fevral ayında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Azadəliyev Fəqan Cəbrayıl oğlu tutduğu vəzifədən azad edilib, sərəncama götürülmüşdü.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh