55 yaşlı kişi itkin düşüb - Sumqayıtda

Gündəm 25 Sentyabr 2018 15:31 Oxunub 685
55 yaşlı kişi itkin düşüb - Sumqayıtda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Corat bağlar massivində qeydə alınıb

Sumqayıt şəhərində 55 yaşlı kişi itkin düşüb. Avtosfer.az-ın “Report”a istinadən verdiyi məlumata görə, hadisə Corat bağlar massivində qeydə alınıb.  Belə ki, Sumqayıt şəhər sakini, 1963-cü il təvəllüdlü Nüsrət Cavan oğlu Əliyev yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb. Onun evdən çıxarkən əynində qara rəngli şalvar, ağ rəngli köynək, ayağında qara ayaqqabı və çiynində iş çantası olub. Boyu 160 sm, orta bədən qurluşlu, qarabəniz, seyrək saçlıdır. İtən şəxs haqqında məlumatı olan varsa, dərhal (018) 65-4-02-02; 64-2-03-65 (055) 347-32-82 telefon nömrələrinə məlumat vermələri xahiş olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh