Polis komandanı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur

Gündəm 25 Sentyabr 2018 15:34 Oxunub 847
Polis komandanı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Polis mitinqçilərə qarşı xüsusi vasitələr tətbiq edib”

Ermənistanın polis rəisinin keçmiş müavini və qoşunlarının keçmiş komandanı, general-leytenet Levon Yeranosyan vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.  Avtosfer.az “Report”a  istinadən xəbər verir ki, bunu onun vəkili Tiqran Safaryan bildirib. “Levon Yeranosyan qeydiyyatda olduğu ərazini tərk etməmək barədə iltizam verib. O, səlahiyyət həddini aşmaqda şübhəli bilinir”, - vəkil qeyd edib. Onun sözlərinə görə, bu il aprelin 16-sı və 22-də Yerevan küçələrində polislə etiraz aksiyası iştirakçıları arasında toqquşma olub: “Bu zaman polis mitinqçilərə qarşı xüsusi vasitələr tətbiq edib”.

*** 10:47

Ermənistan Polis Qoşunlarının keçmiş komandanı general-leytenet Levon Yeranosyan Xüsusi İstintaq Xidmətinə çağırılıb. Onun hansı iş üzrə istitaqa çağırıldığı məlum deyil. Ancaq L.Yeranosyan Xüsusi İstintaq Xidmətində olub və orda bir neçə saat dindirilib. Qeyd edək ki, onun adı bir sıra dinc aksiyaları zorakılıqla dağıtmaqda hallanır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh