Deputat Bakının su altında qalmasında yağışı ittiham etdi

Gündəm 25 Sentyabr 2018 15:50 Oxunub 857
Deputat Bakının su altında qalmasında yağışı ittiham etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Yağış ciddi şəkildə tənqid edilsə, gələcəkdə yalnışlıqlara, fəsadlara yol verməz”

Milli Məclisin deputatı Fazil Mustafa Bakının su altında qalmasının səbəbkarları arasında yağışın adını çəkib. Millət vəkili ironik tərzdə bildirib ki, bu məsələdə əsas günah yağışındır: “Yağış bu qədər sürətlə yağmamalıdır axı. Yağış da baxmalıdır, Bakının vəziyyətini görməlidir, bilməlidir ki, bu şəhərin kanalizasiyası sistemi normal vəziyyətdə deyil. Yağış hiss eləməlidir ki, bu kanalizasiya ilə suyu daşımaq mümkün deyil. Ona görə də bir dənə günahkar var, o da yağışdır. Yağışın da vicdanı olmalıdır. Yağış niyə Londona yağdığı kimi Bakıya yağır? Dünənki yağış qərəzlidir”, - F.Mustafa deyib. Sonda Fazil Mustafa onu da qeyd edib ki, yağış ciddi şəkildə tənqid edilsə, gələcəkdə yalnışlıqlara, fəsadlara yol verməz.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh