Avtomobillə adam öldürən dünya çempionunun məhkəmə istintaqı başa çatıb

Gündəm 25 Sentyabr 2018 16:39 Oxunub 1056
Avtomobillə adam öldürən dünya çempionunun məhkəmə istintaqı başa çatıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin baxış iclası oktyabrın 9-na təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqiliyyat hadisəsi törətməkdə təqsirləndirilən Urxan Orucovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin baxış iclası oktyabrın 9-na təyin edilib. Qeyd edək ki, bu il yanvarın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub. Naməlum avtomobilin vurduğu 31 yaşlı S.Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb. Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin BMW markalı avtomobillə törədildiyi müəyyən edilib. Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib. Xatırladaq ki, U.Orucov peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı U.Orucov 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh