DGK narkotik qaçaqmalçılarına qarşı yeni avadanlıq quraşdıracaq

Gündəm 25 Sentyabr 2018 20:07 Oxunub 579
DGK narkotik qaçaqmalçılarına qarşı yeni avadanlıq quraşdıracaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni yoxlama avadanlıqları bu ilin sonunadək gətiriləcək

Dövlət Gömrük Komitəsi (DGK) “B-scan” adlı yoxlama aparatı almağı planlaşdırır. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Gömrük nəzarətinin təşkili və ticarətin asanlaşdırılması Baş İdarəsinin Gömrük əməliyyatlarının tənzimlənməsi idarəsinin rəisi Anar Məmmədov jurnalistlərə açıqlamasında deyib. A.Məmmədov bildirib ki, bu avadanlıqlar vasitəsilə insanların daxili orqanlarında gizlədilən narkotik vasitələr və qanunsuz predmetlər gömrük ərazisində qısa zamanda aşkarlanacaq: "Avadanlıqların əsasən İranla sərhəddə yerləşən gömrük sərhəd-keçid məntəqələrində yerləşdirilməsi nəzərdə tutulub”. A.Məmmədov qeyd edib ki, yeni yoxlama avadanlıqları bu ilin sonunadək gətiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh