Avtomobil traktorla toqquşdu: 4 yaralı - Tərtərdə

Qəzalar 25 Sentyabr 2018 20:11 Oxunub 521
Avtomobil traktorla toqquşdu: 4 yaralı - Tərtərdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Tərtər rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Xoruzdu kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı minik avtomobili ilə "Belarus" markalı traktor toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü Elçin Mehdiyev və sərnişinləri - Ramal Mehdiyev, Qərənfil Mehdiyeva və İradə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh