Avtomobil maneəyə çırpıldı: 5 nəfər yaralanıb - Yevlaxda

Qəzalar 25 Sentyabr 2018 20:20 Oxunub 622
Avtomobil maneəyə çırpıldı: 5 nəfər yaralanıb - Yevlaxda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Yevlax rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Yevlax şəhər Avtovağzalının yaxınlığında qeydə alınıb. Belə ki, "Mercedes-Benz" markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlər - Tovuz rayonun Bayramlı kənd sakini, 1966-cı il təvəllüdlü Bəxtiyar Mehralı oğlu Abdıyev, Gəncə sakini, 1977-ci il təvəllüdlü Kamala Nəcəfqulu qızı Əliyeva, Şəmkir rayonun Şiştəpə kənd sakinləri - 1988-ci il təvəllüdlü Ceyhun İsaq oğlu Hüseynov və 1996-cı il təvəllüdlü Şahanə Araz qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəza zamanı xəsarət alan avtomobilin sürücüsü, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elnur Dilqəm oğlu Qocayevin vəziyyətinin isə normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh