Türkiyəyə qaçaqmal siqaret keçirən azərbaycanlılar saxlanıldı - FOTO

Gündəm 25 Sentyabr 2018 20:25 Oxunub 713
Türkiyəyə qaçaqmal siqaret keçirən azərbaycanlılar saxlanıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlkin dindirilmədən sonra Sənan S. saxlanılıb, Zaur S. isə sərbəst buraxılıb

Türkiyənin Samsun bölgəsində külli miqdarda siqaret və tütünü ölkəyə qaçaq yolla keçirən azərbaycanlılar saxlanılıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, Samsun hüquq-mühafizə orqanları İğdır bölgəsindən İstanbula gedən kiçik avtobusu saxlayıblar. Aparılan yoxlama zamanı avtobusun tavanından və yan hissəsindən 23 min 800 qutu gömrükdən qaçaq yollarla keçirilmiş siqaret və hər biri 25 qramlıq qablaşdırmada olan 400 qutu tütün ələ keçirilib. Əməliyyat nəticəsində Türkiyəyə qaçaqmal keçirən şəxslərin azərbaycan əsilli Sənan S. və Zaur S. olduğu müəyyənləşib. İlkin dindirilmədən sonra Sənan S. saxlanılıb, Zaur S. isə sərbəst buraxılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh