Avtobus sürücüsü 3 yaşlı uşağı vuraraq öldürdü

Qəzalar 25 Sentyabr 2018 20:45 Oxunub 665
Avtobus sürücüsü 3 yaşlı uşağı vuraraq öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla əlaqədar cinayət işi başlanıb və sürücü istintaqa cəlb olunub

Xətai Rayon Məhkəməsində 3 yaşlı körpənin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır. Avtosfer.az olke.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Həsənov Şüriyyə Həsən oğlunun məhkəmə prosesinə hakim Habil Məmmədov sədrlik edəcək. Hadisə avqust ayının 14-də Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 15-in qarşısında qeydə alınıb. Belə ki, gündüz saat 13 radələrində 1968-ci il təvəllüdlü Şuriyyə Həsən oğlu Həsənovun idarə etdiyi 62 saylı xətt avtobusu 2015-ci il təvəlldülü Aygün Kənan qızı Binnətovanı vurub. Körpəni xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla əlaqədar Xətai RPİ-nin İstintaq şöbəsində cinayət məcəlləsinin 263.2-ci maddəsiylə cinayət işi başlanıb və sürücü istintaqa cəlb olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh