DYP bağçalarda maarifləndirmə tədbirlərini davam etdirir - FOTO

Yol polisi 25 Sentyabr 2018 23:06 Oxunub 1119
DYP bağçalarda maarifləndirmə tədbirlərini davam etdirir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəkidə tədbir keçirilib

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural  Niftalıyev, uşaqlar gələcəkdə yol hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəsinlər deyə, onlarda indidən küçə hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılması məqsədilə rayonun məktəbəqədər təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.

Növbəti tədbirlərdən biri də, Şəki şəhəri 3 saylı uşaq bağçasında keçirilib.

Tədbir zamanı, uşaqlara əyani vasitələrdən istifadə etməklə avtomobil, piyada, küçə, yol, səki, svetofor, piyada keçidi və digər anlayışlar barədə ətraflı məlumatlar verilib.

Uşaq bağçasının rəhbərliyi və tərbiyəçilərinə tövsiyyə olunub ki, valideyn iclasları təşkil olunarkən, onların nəzərinə çatdırılsın ki, azyaşlı uşaqları küçə və yollara nəzarətsiz buraxmasınlar. Uşaqların velosiped və ya arabacıqlar sürmələri, topla oynamaları üçün nəqliyyat olmayan yerlərdən, qapalı ərazilərdən istifadə olunsun.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh