Maşın traktora çırpıldı: 3 nəfər xəsarət alıb - Salyanda

Qəzalar 26 Sentyabr 2018 06:57 Oxunub 775
Maşın traktora çırpıldı: 3 nəfər xəsarət alıb - Salyanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Axşam saatlarında Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Alçalı kəndi ərazisi ilə hərəkətdə olan “VAZ-2106” markalı avtomobil qarşıda gedən qoşqulu traktora çırpılıb. Nəticədə avtomobildə olan rayonun Sarvan kənd sakinləri - 1995-ci il təvəllüdlü Qafarov Rabil Habil oğlu, 1989-cu il təvəllüdlü Əmənov Nazim Qabil oğlu və 1994-cü il təvəllüdlü Quliyev Pərvin İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh