Dünyada ilk sürücüsüz tramvay nümayiş olundu - FOTO

Avtodünya 26 Sentyabr 2018 07:31 Oxunub 1528
Dünyada ilk sürücüsüz tramvay nümayiş olundu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərgidə yaxın vaxtlarda sürücüsüz tramvayın kommersiya versiyasının təqdim ediləcəyi ideyası səsləndirilib

“Siemens” şirkəti “İnnoTrans-2018” dəmir yolu nəqliyyatı və innovasiyaları sərgisində “Combino” adlı sürücüsüz tramvayını nümayiş etdirib. Avtosfer.az ICTnews-a istinadən xəbər berir ki, sürücüsüz tramvay Şərqi Almaniyada yerləşən Potsdam şəhərinin küçələrində sınaqdan keçirilib. Tramvay müvafiq yerlərdə dayanmalar etsə də, sərnişin götürməyib. Şirkətin nümayəndələri və jurnalistlər sərnişin rolunda çıxış ediblər. Sınaqlar vaxtı sürücüsüz tramvay depodan çıxaraq 6 km-lik marşrut üzrə dövrə vurub. Sözügedən nəqliyyat vasitəsi oriyentasiya təyin etmək üçün lidar, radar, yüksək təsvir ölçüsünə malik kamera və şəhər nəqliyyat sisteminin məlumatlarından istifadə edib. Çətin vəziyyətlər və onlara reaksiyaların tanınması alqoritmlərinin işlənib hazırlanması Karlsruye Universitetinin alimlərinə tapşırılıb. Layihə o qədər uğurla inkişaf etdirilir ki, sərgidə yaxın vaxtlarda sürücüsüz tramvayın kommersiya versiyasının təqdim ediləcəyi ideyası səsləndirilib.



ŞƏRH YAZ
Ad

E-mail

Şərh