49 gün dənizin ortasında qalan gənc xilas edildi - VİDEO

Maraqlı 26 Sentyabr 2018 08:32 Oxunub 1438
49 gün dənizin ortasında qalan gənc xilas edildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Paltardan süzdüyüm dəniz suyunu içdim”

İndoneziyada axıntıya qapılaraq okeana sürüklənən gənc xilas edilib. Avtosfer.az "ölkə.az"-a istinadən bildirir ki, Sulevasi əyalətinin Quam şəhəri sahillərində işlədiyi balıqçı qayığı ilə okeana çıxan gənc 49 gün sonra bir yük gəmisi tərəfindən xilas edilib. Aldi Novel Adilanq 49 gün ərzində balıqla qidalanıb və paltarından süzdüyü suyu içib: "Okeanın ortasında kiçik balıqçı qayığının üstündə 49 gün mübarizə apardım. Önümdən 10 böyük gəmi keçdi. Onlara özümü göstərə bilmədim. Özümlə götürdüyüm ərzaq qurtardı və mən balıq tutmağa başladım. Paltardan süzdüyüm dəniz suyunu içdim. Dəfələrlə okeana özümü atmaq və intihar etmək istədim. Amma ailəmi düşünərək bundan vaz keçdim. Yanımdakı qurğu ilə göndərdiyim siqnallar 49 gün sonra bir yük gəmisinə çatdı. Gəmi məni xilas etdi. Yaponiyaya getdik. Osadakı İndoneziya səfirliyinin köməyi ilə vətənə qayıtdım".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh