Saatlıda yol qəzası: 1 ölü, 2 yaralı

Qəzalar 26 Sentyabr 2018 09:45 Oxunub 642
Saatlıda yol qəzası: 1 ölü, 2 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Saatlı rayonunda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalar yolu ərazisində qeydə alınıb. İlkin məlumata görə, “Jeep” markalı avtomobil qarşıdan gedən “Qazel” markalı avtomobilə çırpılıb. Nəticədə rayonun Çolpı kənd sakini, 1986-cı il təvəllüdlü Bayramov Təbriz Əlzakir oğlu hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alıb. Xəsarət alanlar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh