Paytaxt nəqliyyatında xaos davam edir: Qatarlar gecikdi, avtobuslar yolda qaldı

Gündəm 26 Sentyabr 2018 09:59 Oxunub 801
Paytaxt nəqliyyatında xaos davam edir: Qatarlar gecikdi, avtobuslar yolda qaldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaranan tıxac problemi həllini tapmaq əvəzinə, daha da "uzanır"

Yeni tədris ilinin başlamasından təxminən 10 gün keçməsinə baxmayaraq paytaxt nəqliyyatında xaos davam edir. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, günlərdir Zabrat-Sabunçu yolunda kilometrlərlə yaranan tıxac problemi həllini tapmaq əvəzinə, daha da "uzanır". Bu problem nəqliyyatın digər növü - metrodan da yan keçməyib. Belə ki, 2 dəqiqəlik interval ilə işləməli olan qatarlar bu səhər də təxminən 4 dəqiqədən bir platformaya daxil olub. Bu isə səhər saatlarında "Koroğlu" və "Qara Qarayev"dən fərqli olaraq sərnişinlərin nisbətən seyrək olduğu "Neftçilər" stansiyasının platformasında da sıxlığa səbəb olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh