Gəncədə küçələrin asfaltlanması işlərinə başlanılıb - FOTO

Gündəm 26 Sentyabr 2018 10:02 Oxunub 672
Gəncədə küçələrin asfaltlanması işlərinə başlanılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda Gəncədə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi davam edir

Gəncədə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası zamanı qazılmış küçələrdə asfaltlama işlərinə başlanılıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu məqsədlə görüləcək işlərə ilk olaraq Müseyib Bağırov küçəsindən start verilib. Uzunluğu 700, eni 9 metr olan küçənin 300 metrlik hissəsinə asfat örtüyü döşənib, 1500 paqonmetr ərazidə səki daşları düzülüb. Burada aparılan işlərin iki günə yekunlaşdırılması nəzərdə tutulur. Su və kanalizasiya xəttlərinin yeniləndiyi daha 30 küçənin isə ilin sonunadək asfaltlanması plandadır. Hazırda Gəncədə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi davam edir. 1600 diametrlik əsas qidalandırıcı su xəttinin 80 faizi hazırdır. Şəbəkə işlərinin isə 60 faizdən çoxu yekunlaşıb. Hazırda şəhərin ayrı-ayrı küçələrində qrafik üzrə qidalandırıcı su xətlərinin çəkilməsi prosesi davam edir. Ümumilikdə şəhərin 1000-dən çox küçəsini əhatə edən layihənin 2019-cu ilin sonunda başa çatacağı planlaşdırılıb. Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh