Astarada bir ailənin 4 üzvü qəzaya düşüb

Qəzalar 26 Sentyabr 2018 10:23 Oxunub 620
Astarada bir ailənin 4 üzvü qəzaya düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Astara rayonunda bir ailənin 4 üzvü qəzaya düşüb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə bu gün səhər saatlarında Astara rayonunun Ərçivan kəndi ərazisində baş verib.  Belə ki, sürücü 1984-cü il təvəllüdlü, Bakı şəhəri Nizami rayon sakini Şirinov Çingiz Cavanşir oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobil "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə zamanı avtomobildə sürücünün ailə üzvləri də olub. Qəza nəticəsində sərnişin, sürücünün atası olan 1956-cı il təvəllüdlü Şirinov Cavanşir Əli oğlu baş nahiyəsindən ciddi xəsarət alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı Reanimasiya şöbəsinə yerləşdirilib.  Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh