Tanışının avtomobilini qaçıran məhkuma hökm oxunub

Gündəm 26 Sentyabr 2018 11:57 Oxunub 493
Tanışının avtomobilini qaçıran məhkuma hökm oxunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kənan Əliyev 2 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışının avtomobilini qaçırmaqda təqsirləndirilən Kənan Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə K.Əliyev 2 il müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına əsasən, cinayət hadisəsi bu il yanvarın 20-də Abşeron rayonu Mehdiabad qəsəbəsində baş verib. K.Əliyev tanışı Azər Yaqubovun avtomobilini qanunsuz ələ keçirərək qaçırıb. Daha sonra A.Yaqubov hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib. K.Əliyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmə istintaqı dövründə zərərçəkmiş A.Yaqubov onu bağışlayıb və ona sanksiyadan ən aşağı cəza verilməsini istəyib. Xatırladaq ki, K.Əliyev daha əvvəl də məhkumluq həyatı yaşayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh