Azərbaycan Fransa ilə birgə hərbi gəmilər istehsal edəcək

Texnologiya 26 Sentyabr 2018 13:59 Oxunub 1246
Azərbaycan Fransa ilə birgə hərbi gəmilər istehsal edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda bu məsələyə dair hərtərəfli danışıqlar aparılır

"Azərbaycan Fransa ilə müştərək əsasda hərbi patrul katerləri istehsal etməyi nəzərdə tutur". Avtosfer.az xəbər verir ki, bunu “Report”a Fransanın “Naval Group” şirkətinin Azərbaycandakı nümayəndəsi Kristof Blö bildirib. O deyib ki, hazırda bu məsələyə dair hərtərəfli danışıqlar aparılır: “OPV-90 tipli hərbi gözətçi gəmiləri bütövlüklə Azərbaycanda istehsal olunacaq. Burada söhbət ayrı-ayrı parçaları gətirib yığmaqdan yox, məhz bütöv bir istehsal prosesindən gedir. Həmin gəmi su üzərində dayanıqlı olub Azərbaycanın Xəzərdə suveren hüquqlarını təmin etməyə layiqli töhfə verəcək”. OPV-90 gəmisinin həmçinin gəmivuran raketlər sistemilə təchiz olunduğu, iki 5-10 tonluq helikopteri qəbul edə bildiyi də qeyd olunub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh