“Qazel” yükün altında qaldı: sürücü can verdi - Bakıda

Qəzalar 26 Sentyabr 2018 14:42 Oxunub 1022
“Qazel” yükün altında qaldı: sürücü can verdi - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində - Keşlə dəmir yolu yük stansiyasında anbardan "Qazel" markalı yük maşınına taxta materiallar yüklənərkən ehtiyatsızlıqdan qəza baş verib. Belə ki, yüklənən ağır materiallar birdən-birə sürüşərək kənarda dayanmış sürücü, 1959-cu il təvəllüdlü Sadıqov Xıdır İdris oğlunun üstünə düşüb. Xeyli çəkisi olan yükün altında qalan sürücü hadisə yerində vəfat edib. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh