Yol polisi avtomobildən at, eşşək və it əti aşkarladı: 10 DA  091 - FOTO + VİDEO

Yol polisi 26 Sentyabr 2018 15:56 Oxunub 3474
Yol polisi avtomobildən at, eşşək və it əti aşkarladı: 10 DA  091 - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin ətlər restoranlara və dönərxanalara daşınırmış

DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları Qaradağ rayonu ərazisində "Mercedes" markalı 10 DA 091 dövlət nömrə nişanlı avtomobil ağır yüklə şübhəli hərəkətlər doğurduğu üçün saxlayıblar. Avtosfer.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, DYP-nin Qaradağ postunda saxlanılan avtomobilin yük yeri yoxlanan zaman mənşəyi məlum olmayan 400 kq murdar ət aşkarlanıb. İlkin araşdırma zamanı məlum olub ki, sümükdən təmizlənmiş at, eşşək və it əti Bakı şəhərində fəaliyyət göstərən dönərxanalara və restoranlara aparılır. 
Sürücü qeyd edib ki, o taksi fəaliyyəti ilə məşğul olur və ətləri ünvanlara çatdırır.
YPX əməkdaşları aidiyyəti qurumlara bu barədə məlumat verib. Qida Təhlükəsizliyi Agentliyi səyyar laboratoriya vasitəsilə ətləri analiz edib. Məlum olub ki, ətlərin tərkibi çox qarışıqdır. Odur ki, daha böyük laboratoriya müayinələri üçün paytaxta aparılıb.
Qeyd edək ki, YPX əməkdaşları mütəmadi olaraq bu cür faktlar aşkarlayır. Mənşəyi məlum olmayan ət daşıyanlar Qaradağ postunda saxlanıldıqdan sonra başqa yollarla Bakıya daxil ola bilirlər.
Avtosfer.az görüntüləri təqdim edir:

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh