Qax, Zaqatala və Balakən rayonlarında traktorçulara qarşı reyd keçirilib - FOTO

Qaydalar 26 Sentyabr 2018 16:06 Oxunub 1788
Qax, Zaqatala və Balakən rayonlarında traktorçulara qarşı reyd keçirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Texnika sahibləri ilə maarifləndirici söhbətlər aparılıb

Kənd yollarında hərəkətin təhlükəsizliyini təmin etmək, traktor və digər mexaniki nəqliyyat vasitələri tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarını müəyyənləşdirmək, dövlət qeydiyyatdan keçməyən və dövlət texniki baxışına təqdim olunmamış texnikaların aşkarlanması və texniki istismar qaydalarına riayiət olunması vəziyyətinin yoxlanılması məqsədi ilə Baş Dövlət Texniki Nəzarət Xidməti reydlərini davam etdirir. Sentyabrın 25-də Şəki Regional Bölməsinin əməkdaşları Qax, Zaqatala və Balakən rayonlarında növbəti reyd keçirib. Reyd zamanı 8 ədəd traktor saxlanılmış, 6 ədəd traktor texniki baxışa cəlb edilib, 1 nəfər texnika sahibinin müraciətinə baxılıb və nəticədə texnika təkrar qeydiyyata alınıb. Həmçinin bölmə əməkdaşları tarlalarda mexanizatorlarla görüşüb, texnikaların istismarına nəzarəti həyata keçirib, texnika sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, təhlükəsizlik qaydalarına dair əlavə məlumatlar verib.
BDTNX-nin və Xidmətin Regional Bölmələri yerlərdə reydlərini mütəmadi olaraq davam etdirəcək.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh