Siqareti yerə atsanız, 750 avro pul, 30 qırmanc...

Maraqlı 26 Sentyabr 2018 22:30 Oxunub 1488
Siqareti yerə atsanız, 750 avro pul, 30 qırmanc...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xarici ölkələrdə siqaretlə bağlı hansı qadağalar var?

Dünyada siqaretə qarşı mübarizə illərdir davam edir. Avropada ilk dəfə İrlandiyada 2004-cü ildə ən sərt qadağa tətbiq edilib. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, bundan sonra bir çox ölkə müxtəlif qadağalarla siqaretə “yox” deyib. Bir neçə gün öncə Azərbaycanda siqaretlə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilir. Dəyişikliyə əsasən, məcəllənin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə 5-ci bənd əlavə edilir. Əlavə edilən bəndə qeyd olunub ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunla qadağan edilən yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək. Bundan başqa, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur. Bəs, xarici ölkələrdə siqaretlə bağlı hansı qadağalar var? Qadağaları pozanları hansı cəza və cərimələr gözləyir?

Türkiyə

Türkiyədə siqaret çəkməyənlərin siqaret tüstüsündən qorunması üçün Sağlamlıq Nazirliyi tərəfindən 2009-cu ildə qərar qəbul edilib. Qərara əsasən qapalı məkanlarda siqaret çəkilməsinin cəzası 105 lirə təşkil edib. Ötən il isə qapalı məkanlarda siqaret çəkmənin cəzası 109, yerə siqaret kötüyünü atılma cəzası isə 65 lirəyə qaldırılıb.

Rusiya

Rusiya Parlamenti də  iş yerlərində, ictimai nəqliyyatda, məktəblərdə, xəstəxanalarda və ictimai təşkilatlarda siqaret çəkməyi qadağan edən qanun qəbul edib. Bu qanuna görə, siqaret çəkmək üçün cəza insanlar 100-200 dollardır. Qapalı məkanlar isə siqaret çəkməyə icazə verərlərsə, 4 min dollar ödəməli olacaqlar.

Yunanıstan

Yunanıstan Avropa Birliyində ən çox tütün istehlakına sahibdir. 2010-cu ilin sentyabr ayından etibarən qapalı ərazilərdə siqaret çəkmək qadağandır.

Almaniya

Almaniyada 2007-ci ildə başlayan qadağalar bəzi bölgələrdə tətbiq olunmasa da, 2008-ci ilin iyulunda bütün ölkəni əhatə edib. Almaniyada qapalı ərazilərdə siqaret çəkənlər 40 ilə 1000 avro arasında cəza ödəyəcəklər. Müəssisələrə verilmiş cərimə 5000 avroya qədərdir.

Belçika

Belçika da siqaret qadağası tətbiq edən bir ölkədir. 2006-2007-ci illərdə iş yerlərində, restoran və barlarda, 2008-ci ildə məktəblərdə qadağan edilmişdir.

Bolqarıstan

Barlar və restoranlar istisna olmaqla, bütün qapalı yerlərdə siqaret çəkmək qadağandır.

Çin

Çin Pekində ictimai binaların daxilində siqaret çəkməyi qadağan edib. Amma böyük təzyiq səbəbiylə qadağa bar və restoranlara daxil deyil.

Xorvatiya

2008-ci ildə qəbul edilmiş qanuna əsasən, Xorvatiyada bütün xəstəxanalar, təhsil müəssisələrində siqaret çəkmək qadağandır. Qanunu pozanlar 1000 kuna və ya 140 avro cərimələnir. .

Fransa

2007-ci ildən etibarən qüvvəyə minən qanuna əsasən qapalı məkanlarda siqaret çəkənlər 450avro ödəməli olacaq. Son günlər isə bəzi parklarda siqaret çəkmək qadağan edilib. Lakin qaydanı pozanlara heç bir cəza tətbiq edilməyib.  Hər şey insanların seçiminə buraxılıb.

İran

İranda restoranlarda qəlyan çəkmək qadağan edilsə də, siqaret çəkmək sərbəstdir.

İtaliya

İtaliyada qapalı məkanlarda siqaret çəkməyin cəzası 361 dollardır. Siqaretə icazə verən müəssisələr isə 2896 dollar cərimələnir. Yerə siqaret kötüyü atanlar isə 300 avro ödənilir.   

İspaniya

İspaniyada siqaret qadağası 2006-cı ildə qüvvəyə minsə də, ölkənin bir çox yerlərində tətbiq edilmir. Yerə zibil, siqaret kötüyü atmağın cəzası isə 60 avrodan 750 avroya qədərdir.

ABŞ

ABŞ-da sanksiyalar dövlətdən dövlətə dəyişir. Kaliforniya qadağanı tətbiq edən ilk dövlət idi. Cəzalar cərimədən həbsxanaya qədər dəyişir.

Səudiyyə Ərəbistanı

2010-cu ildə qüvvəyə minən qanun ölkənin hava limanında siqaret çəkməyi qadağan etdi. Ancaq Məkkə və Mədinədəki bütün qapalı sahələrdə siqaret çəkmək qadağandır. Məkkə və Mədinədə siqaret qadağasına riayət etməyənlərə 200 ərəb rial cəzası verilir. Səudiyyə Ərəbistanı Hava Yollarına aid təyyarədə siqaretini söndürməyi rədd edən sudanlı adam enişdə polis tərəfindən həbs olunmuş və daha sonra çıxarıldığı məhkəmədə siqareti tərgitmək  üçün bir klinikaya müalicəyə göndərilmək istədiyini deyib, üzr istəsə də, 30 qırmanc cəzası almaqdan xilas ola bilməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh