Avtomobil parklanması ilə bağlı YENİLİK

Yeniliklər 27 Sentyabr 2018 14:22 Oxunub 1296
Avtomobil parklanması ilə bağlı YENİLİK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Parklanma haqları nağdsız qaydada həyata keçiriləcək

Bakıda avtomobillərin parklanma haqları nağdsız qaydada həyata keçiriləcək. Avtosfer.az-ın modern.az-a istinadən məlumatına görə, bu barədə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda qeyd edilib. Sənəddə göstərilib ki, Bakıda parklanmaya görə ödənişləri rəqəmsal formada aparmaq üçün müvafiq infrastrukturun yaradılması nəzərdə tutulub. O cümlədən mobil tətbiqlərin hazırlanması və istifadəyə verilməsi və bu ödənişlərin nağdsız həyata keçirilməsinin təmin edilməsi nəzərdən keçiriləcək. Avtomobillərin parklanma haqlarının nağdsız qaydada həyata keçirilməsinin əsas icraçısı Bakı Nəqliyyat Agentliyi olacaq. Digər icraçılar isə Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh