Məcburi köçkünlər üçün yeni marşrut xətti AÇILDI

Yeniliklər 27 Sentyabr 2018 17:09 Oxunub 1449
Məcburi köçkünlər üçün yeni marşrut xətti AÇILDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Marşrut avtobuslar 29.09.2018 tarixindən test rejimində fəaliyyət göstərəcək

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyat xidmətlərindən istifadəsini təmin etmək məqsədi ilə 194 nömrəli müntəzəm marşrut xətti təşkil edilib. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, bu marşrut xətti vasitəsilə avtobuslar başlanğıc nöqtəsi Milli Onkoloji Mərkəzin yaxınlığındakı dayanacaq məntəqəsi olmaqla, “Qobu Park” yaşayış kompleksi istiqamətində sərnişinlərin daşınmasını həyata keçirəcək. Yeni marşrut xətti üzrə avtobuslar 29.09.2018 tarixindən test rejimində fəaliyyət göstərəcək.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh