Dövlət agentliyi: “Xəzər dənizində çox perspektivli kruiz marşrutu yaradıla bilər”

Yeniliklər 27 Sentyabr 2018 23:48 Oxunub 1288
Dövlət agentliyi: “Xəzər dənizində çox perspektivli kruiz marşrutu yaradıla bilər”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Kruiz turizminin liderləri yeni marşrutların yaranmasında maraqlıdır”

Xəzər dənizində indiyədək turizm tarixində olmamış çox perspektivli kruiz marşrutu yaradıla bilər. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Rusiyanın Turizm üzrə Federal Agentliyinin sədri Oleq Safonov Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən "Turizm sahəsində əməkdaşlığın inkişafı" mövzusunda "dəyirmi masa"da çıxışı zamanı deyib. O.Safonovun sözlərinə görə, hazırda dünyada kruiz turizmi yüksək sürətlə inkişaf edir: “Kruiz turizminin liderləri yeni marşrutların yaranmasında maraqlıdır. Fikrimcə, bizim əsas hədəfimiz kruiz turizminin liderlərini əməkdaşlığa cəlb etməkdir”. O əlavə edib ki, bu layihəyə Azərbaycan, Rusiya, Qazaxıstan və İran müsbət yanaşır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh