Sement kisələrindən gəlinlik tikdi – VİDEO

Maraqlı 27 Sentyabr 2018 23:07 Oxunub 1287
Sement kisələrindən gəlinlik tikdi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tan alaq otlarından, köhnə qəzetlərdən və çiçəklərdən də paltarlar tikib

Belə məşhurlaşacağımı bilməzdim. Halbuki, hər şey təsadüfən oldu. Çinin Qansu vilayətində yaşayan 28 yaşlı Tan Lili sosial şəbəkələrin yeni ulduzudur. Səbəb isə onun 40 sement kisəsindən gəlinlik tikərək geyinməsidir. Avtosfer.az milli.az-a istinadən bildirir ki, Tan Lili və Yan Minfey evlərini təmir edirdilər. Təmirdə istifadə olunmuş sementin kisələri isə həyətin bir kənarına atılmışdı. "Yağış yağırdı o gün. Yağışlı havada isə tarlada işləmək olmur. Evdə oturmuşdum, gözüm sement kisələrinə sataşdı. O kisələrdən paltar tikməyə qərar verdim. Sonra geyindim, ərim də videonu çəkib paylaşdı. Video sosial şəbəkələrdə populyar oldu", - Tan deyib. Lunnan şəhərinin yaxınlığındakı kənddə yaşayan Tanın sözlərinə görə, dizayn və ya dərziliklə bağlı təhsili, bilikləri çoxdur. Kənddəki bütün qızlar kimi o da paltar tikməyi anasından öyrənib. Orta məktəbi başa vurandan sonra fermer təsərrüfatında işləməyə başlamış Tan 2012-ci ildə Yan Minfeylə ailə qurub. Onların bir oğulları var. Tan alaq otlarından, köhnə qəzetlərdən və çiçəklərdən də paltarlar tikib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh