Rusiya ilə sərhədədək olan yolun açılış vaxtı açıqlandı

Yeniliklər 27 Sentyabr 2018 22:45 Oxunub 1267
Rusiya ilə sərhədədək olan yolun açılış vaxtı açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Koridor vasitəsilə illik 6 milyon ton, gələcəkdə isə 15-20 milyon ton yükün daşınması nəzərdə tutulub

Bakıdan Rusiya sərhədinə qədər yeni avtomobil magistralının 2020-ci ilədək inşa edilməsi planlaşdırılır. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının geniş iclasında bildirib. Onun sözlərinə görə, magistral Şimal-Cənub nəqliyyat koridorunun tərkib hissəsi olacaq. Şimal-Cənub nəqliyyat koridoru Şimali Avropa ilə Cənub-şərqi Asiyanı, o cümlədən Azərbaycan, İran və Rusiyadakı dəmiryolu xətlərini birləşdirməyə yönəldilib. İlkin mərhələdə koridor vasitəsilə illik 6 milyon ton, gələcəkdə isə 15-20 milyon ton yükün daşınması nəzərdə tutulub. Yüklər Hindistan ərazisindən və Fars körfəzindən keçməklə, İran, Azərbaycan, Rusiyaya, buradan isə Skandinaviya ölkələrinə və Şimali Avropaya cəmi 14 günə çatdırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh