Ərdəbildə 20 milyon illik tarix üzə çıxdı

Maraqlı 28 Sentyabr 2018 08:30 Oxunub 1249
Ərdəbildə 20 milyon illik tarix üzə çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qayaya yapışan fil dişləri 3 günlük fəaliyyətdən sonra çıxarılıb

İranın Ərdəbil vilayətində 20 milyon illik fil dişi tapılıb. Avtosfer.az "ölkə.az"-a istinadən bildirir ki, Ərdəbilin Kövsər şəhərindəki dəmir yolu çəkilişləri zamanı "Mastodon" növ fil dişi qalıqları aşkar edilib. 2 hissədən ibarət qalıqların hər biri 1 metr uzunluğundadır. Qayaya yapışan fil dişləri 3 günlük fəaliyyətdən sonra çıxarılıb. Sümüklər Təbii Tarix Muzeyinə aparılıb. Bölgədə son iki il ərzində aparılan qazıntılar zamanı zürafə, inək və at növlərinə aid diş, çənə və ayaq sümükləri tapılıb. "Mastodon" filləri 40 milyon il əvvəl Şimali Afrikada yaşayıblar. Zaman keçdikcə Asiya, Avropa və Şimali Afrikanın digər regionlarına yayılıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh