Avtobus sürücüsü olmaq istəyən xanımların nəzərinə! - İŞ VAR

Avtoxəbər 28 Sentyabr 2018 13:55 Oxunub 4756
Avtobus sürücüsü olmaq istəyən xanımların nəzərinə! - İŞ VAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Xaliq Faiqoğlu” MMC ilk dəfə olaraq xanımları əməkdaşlığa dəvət edir

“Xaliq Faiqoğlu” MMC ilk dəfə olaraq ictimai nəqliyyatda sürücü kimi işləmək istəyən xanımları əməkdaşlığa dəvət edir. Avtosfer.az xəbər verir ki, daim yeniliklərə açıq olan şirkət Bakı şəhərində, xüsusi ilə şəhərin mərkəzi hissələrində sərnişindaşıma fəaliyyəti göstərən avtobuslarda qadın sürücülərin də işləməsini arzulayır və bu məqsədlə zərif cinsin nümayəndələrini işə dəvət edir. “D” sürücülük kateqoriyası olan və avtobus sürücüsü kimi işləmək istəyən qadınlar [email protected] e-mail ünvanına cv yollaya və ya Mir Cəlal küçəsi 1D ünvanında yerləşən ofisimizə birbaşa müraciət edə bilər. Nəzərinizə çatdırmaq istəyirik ki, yeni sürücülər üçün müvafiq təcrübə proqramları təşkil ediləcək. İşə qəbul ediləcək qadın sürücülər “EURO 5” standartlı müasir avtobusları idarə edəcək. Qeyd edək ki, bir çox ölkələrdə, eləcə də qonşu dövlətlərdə ictimai nəqliyyat sistemində qadın sürücülər kifayət qədərdir.

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh