Dünyanın ən seksual dəniz piyadası - FOTO

Avtosfer TV 29 Sentyabr 2018 00:49 Oxunub 2242
Dünyanın ən seksual dəniz piyadası - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Modellik üçün də çox çalışmaq lazımdır”

19 yaşında orduya daxil olan və 4 il xidmət aparan Şennon İhrke hərbi təqvim üçün fotosesiya edib. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, 29 yaşlı İhrke ağır silahlarla fotolar çəkdirib. Şennon bildirib ki, Dəniz Qüvvələrində xidmət edən bir qadın kişilərlə eyni olmaq üçün iki dəfə çox çalışmalıdır: “Bir çox dənizçi onlara ayaq uydura bilməyəcəyimi, onlar qədər güclü ola bilməyəciyimi düşünürdü. Onları məyus etmək üçün üzərimdə çox işlədim. Çox çətin idi, amma bacardım”. İhrke zabit kimi bütün dünyanı gəzib və İllinoys ştatındakı kollecdə də təhsil alıb. Ordudan ayrıldıqdan sonra isə modelliyə başlayıb: “Modellik üçün də çox çalışmaq lazımdır. Dəniz Qüvvələrinə borcluyam. Oyanmaq, özümü məcbur etmək, hədəflər qoymaq, iş çətinləşən kimi savaşmaq üçün mənə bir səbəb verdi”. Şennon bildirib ki, başqa hədəfləri olmasa, tərəddüd etmədən yenidən orduya yazılardı.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh