39 yaşı var, 38 uşaq dünyaya gətirib - FOTO
Maraqlı 29 Sentyabr 2018 11:59 681 dəfə oxunub
39 yaşı var, 38 uşaq dünyaya gətirib - FOTO
Mariam həyat hekayəsini jurnalistlə bölüşüb

38 yaşlı uqandalı Mariam Nabatantsinin 38 uşağı var. O, Şərqi Afrikanın “ən məhsuldar anası” hesab edilir. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Mariam həyat hekayəsini BBC-nin jurnalisti Kassim Kairlə bölüşüb.

Mariam 13 yaşında ərə verilib. Xoşbəxt ailə həyatından söhbət belə gedə bilməz. Əri tərəfindən dəfələrlə döyülən Mariam 44 uşaq dünyaya gətirsə də, onlardan 6-sı dünyasını dəyişib.

4 dəfə üçəm, 3 dəfə dördəm, 3 dəfə əkiz dünyaya gətirən qadının ən böyük oğlunun 23 yaşı var, kiçiyi isə 5 aylıqdır. Çoxuşaqlı ananın 28 oğlu, 10 qızı var. Onların hamısı təbii yolla doğulub. Yalnız sonuncu övladı qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib.

Mariam 23-cü uşağından sonra səhhəti ilə bağlı narahat olmağa başlasa da, yerli həkimlər indiyədək onun orqanizminin gücü ilə bağlı təəccüblüdürlər.

Təəssüf ki, qadının əri il yarım əvvəl onu və uşaqlarını tərk edib. Köməyə ehtiyacı olan Mariamın adına Feysbuk səhifəsi açılaraq ona və uşaqlarına dəstək kampaniyası başladılıb.

Səhifə 13 min dollar toplayaraq ailəyə verməyi hədəf seçib. Bu məbləğ çoxuşaqlı ailənin ehtiyaclarını qarşılayacaq. Mariamın uşaqlarından 14-ü ibtidai sinifdə, 10-u isə orta məktəbdə təhsil alır. Hər il onlara orta hesabla 1500 dollar vəsait tələb olunur.

 


ŞƏRH YAZ
Ad
E-mail
Şərh