"Bakubus" avtobusu qaydanı belə pozur: "Sənə güvəndiyim dağlar" - VIDEO

Avtosfer TV 29 Sentyabr 2018 09:37 Oxunub 1244
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ümid edirik ki, BNA  tezliklə problemin aradan qaldırılmasına nail olacaq

İzləyicilərimizdən biri saytımıza avtomobilinə quraşdırılmış videoqeydiyyatçıdan əldə etdiyi video göndərib. 28 sentyabr tarixində çəkilən videogorüntüdən görünür başqa vaxt sərnişindaşimada digər şirkətlərə nümunə göstərilən Bakubus sürücüləri İnşaatçılar metrostansiyası ətrafında dayanacaqda dayanma-durma qaydalarını kobud şəkildə pozub digər hərəkət iştirakçılarına maneə olurlar.

Ümumiyyətlə həmin ərazidə hərəkətin tənzimlənməsində böyük problemlər var. Dayanacağın demək olar ki,içində saxlayan taksi sürücüləri ərazinin yolunun bəzən iflic vəziyyətə gəlib çıxmasına səbəb olurlar.

Həm "Bakubus", həm də dayanma-durma qaydalarını pozan sürücülərə qarşı tədbir görmək səlahiyyəti BNA-ya verildiyindən ümid edirik ki, BNA  tezliklə problemin aradan qaldırılmasına nail olacaq.

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh