Avtomobil tunelində yanğın: girişlər bağlanıb - VİDEO

Avtosfer TV 29 Sentyabr 2018 18:38 Oxunub 1205
Avtomobil tunelində yanğın: girişlər bağlanıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yük maşınının mühərrikinin yanması barədə zəng daxil olub

Ermənistanın Tavuş vilayətinin cənub-qərb hissəsini Qeqarkunik vilayətinin şimal-şərqi ilə birləşdirən Dilijan-Sevan avtomobil tunelində bu gün səhər saatlarında baş verən güclü yanğın nəticəsində giriş-çıxış bağlanıb. Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, şahidlərin sosial şəbəkələrdə yaydığı videogörüntülərdə ərazidə tüstü görünür. "Sentyabrın 29-u saat 11:17-də yük maşınının mühərrikinin yanması barədə zəng daxil olub. Yanğın saat 12:29-də lokallaşdırılıb", - Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh