Sükan arxasında uşağının şəklinə baxdı, öz ailəsini maşınla vurdu - VIDEO

Avtosfer TV 30 Sentyabr 2018 09:35 Oxunub 1427
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzən ani səhv ağır nəticələrə səbəb olur

Sosial şəbəkələrdə yayımlanmış sosial videoçarx izləyənlərin kədrinə səbəb olub. Belə ki, sükan arxasında avtomobil idarə edən ataya ana parkda oynadığı uşağının fotolarını göndərir. Daha sonra evliliklə bağlı fotolar da atanın telefonuna gəlir. İşıqforda ani dayanmadan istifadə edən ata fotolara baxmaq istəyir. Övladının şəklinə baxın gülümsəyən ata cəmir bir neçə saniyə sonra göz yaşlarına boğulur. Belə ki, ani diqqətsizlik piyada keçidindən keçən öz ailəsini vurmasına səbəb olur.

Əslində sürücülər bu barədə düşünməlidir. Çünki bəzən sükan arxasında telefonla oynayan, xoş xatirələrin fotolarına baxanlar olur. Amma düşünmək lazımdır ki, siz sürücü olduğunuz kimi, sizin ailə üzvlərinin də digərləri kimi piyada ola bilər. Bir də unutmayaq yol səhvi bağışlamır.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh