Lüis Hemilton Soçi Qran-prisinin qalibi olub

Yarışma 30 Sentyabr 2018 18:01 Oxunub 1348
Lüis Hemilton Soçi Qran-prisinin qalibi olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Növbəti Qran Pri oktyabrın 7-də Yaponiyada keçiriləcək

"Formula 1" üzrə Rusiya Qran Prisinə yekun vurulub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Soçidə keçirilmiş yarışın qalibi adını böyük "Mercedes" pilotu Lüis Hemilton qazanıb. Böyük britaniyalı idmançının finlandiyalı komanda yoldaşı Valtteri Bottas ikinci, "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel üçüncü yeri tutub. Ümumilikdə finişə 20 iştirakçıdan 18-i çata bilib. Bu qələbədən sonra xallarını 281-ə çatdıran Hemilton liderliyini davam etdirib. Fettel 241 xalla ikinci, "Ferrari"nin finlandiyalı pilotu Kimi Raykonen isə 174 xalla 3-cüdür. Avtomobillərin mübarizəsində isə ilk 3 yeri 495 xalla "Mercedes", 442 xalla "Ferrari" və 292 xalla "Red Bull Rasing Tag Heuer" tutur. Növbəti Qran Pri oktyabrın 7-də Yaponiyada keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh