Yol polisi uşaqların dili ilə sürücü və piyadalara müraciət etdi - VİDEO
Yol polisi 1 Oktyabr 2018 09:00 223 dəfə oxunub
Yol polisi uşaqların dili ilə sürücü və piyadalara müraciət etdi - VİDEO
Şagirdlər yol hərəkəti qaydalarını öyrənməyə maraqlıdırlar

İctimai TV-nin efirində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və paytaxtın bir neçə məktəbinin şagirdlərinin iştirakı ilə maarifləndirici veriliş efirə gedib. Proqramda balaca "yol polisləri" sürücülərə, piyadalara və digər hərəkət iştirakçılarına müraciət ediblər. Onlar insanları yol hərəkəti qaydalarına əməl etməyə, məsuliyyətli olmağa, özlərini və digər hərəkət iştirakçılarını düşünərək qaydalara əməl etməyə dəvət ediblər. Həmin uşaqların hazırlanmasında iştirak edən Fəridə Süleymanova bu işin təbliğat xarakterli olduğunu və getdikcə uşaqların bu sahəyə marağının artdığını bildirib. Qeyd edib ki, Bakının müxtəlif orta məktəblərində təhsil alan azyaşlı uşaqlar məktəbdən sonra onların mərkəzinə müraciət edib yol hərəkəti qaydalarını öyrənirlər.

Həmçinin öz həmyaşıdlarına, sinif yoldaşları, ailə üzvlərinə də bu barədə məlumat veriblər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, 15 sentyabr -15 oktyabr aralığında keçirilən "Diqqət uşaqlar" təhlükəsizlik aylığı orta məktəbləri tam olaraq əhatə edir. Yol polisi və onun balaca köməkçiləri bu işi həvəslə icra edir. Təbliğat aparılan məktəblərdə ümumi vəziyyət qənaətbəxşdir. Şagirdlər yol hərəkəti qaydalarını öyrənməyə maraqlıdırlar. Artıq onlarla keçirilən görüşlərdə də indiyədək keçirilən tədbirlərin müsbət nəticə verdiyi görünür. 

Amma bütün bu nəticələr yol polisini qane etmir. Odur ki analoji tədbirlər davam etdiriləcək.

Orxan

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh