Qadın ərinin pulunu oğurlayıb sevgilisinə "Range Rover" aldı - Bakıda

Maraqlı 1 Oktyabr 2018 14:30 Oxunub 1638
Qadın ərinin pulunu oğurlayıb sevgilisinə "Range Rover" aldı - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sevgililərə 17 il həbs cəzası verildi

Külli miqdarda dələduzluqda təqsirləndirilən Səbinə Abdinova barəsində olan hökmdən Ali Məhkəməyə müraciət edib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, S.Abdinova barəsində seçilən cəzanın azaldılmasını istəyir. İş hakim Fərhad Kərimovun icraatına verilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Bəkirov doqquz il, S.Abdinova isə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də Nağı Abdinovun evindən 90 min manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Kənan Bəkirov tutulub. Araşdırmalar zamanı məlum olub ki, K.Bəkirov bu pulu Nağı Abdinovun həyat yoldaşı Səbinə Abdinovadan alıb. Belə ki, Səbinə Abdinova ilə Kənan Bəkirov arasında sevgili münasibətləri olub. Səbinə Abdinova əri Nağı Abdinovun pullarını götürərək sevgilisinə verib. Qadın hətta sevgilisinə ərinin pulu ilə 25 min manata “Range Rover” markalı avtomobil də alıb.
Onu da xatırladaq ki, Kənan Bəkirov da evli olub. Onun 4 azyaşlı övladı var. Səbinə Abdinovanın isə 2 övladı olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh