“Səyyar Xidmət” Qrupu Ağdamda mexanizatorlara xidmət göstərdi - FOTO

Qaydalar 1 Oktyabr 2018 13:57 Oxunub 1480
“Səyyar Xidmət” Qrupu Ağdamda mexanizatorlara xidmət göstərdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xidmətin əməkdaşları texnika mülkiyətcilərinə yerində qanuna müvafiq xidmətləri davam etdirəcək

Baş Dövlət Texniki Nəzarət Xidmətinin “Səyyar Xidmət” Qrupu traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi, texnikaların dövlət qeydiyyatına alınması, traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi tədbirini sentyabrın 28-də Ağdam rayonunun Bənövşələr qəsəbəsində təşkil edib. Bu məqsədlə Ağdam, Ağcabədi, Laçın, Bərdə və digər ətraf rayonların mexanizatorları Ağdam rayonu Bənövşələr qəsəbəsində yerləşən Qəsəbə Nümayəndəliyinin inzibati binasına dəvət edilib. Xidmətdən Avtosfer.az-a verilən məlumata görə, tədbir zamanı etibarlılıq müddəti bitmiş traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 112 nəfər mexanizatorun sürücülük vəsiqəsi yenisi ilə əvəz olunub, 10 nəfər texnikasını dövlət qeydiyyatına alıb, 2 nəfər dövlət qeydiyyat şəhadətnaməsinin yararsız vəziyyətə düşdüyü üçün duplikat alıb, 10 nəfər texnikasını texniki baxışa təqdim edib.
Həmçinin nəqliyyat vasitələrinin mülkiyyətçilərinə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmadığı və texniki baxışından keçmədiyi təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 340.1-ci maddəsinə əsasən fiziki şəxslərin 50, vəzifəli şəxslərin 100, hüquqi şəxslərin 300 manat məbləğində cərimə edilməsi və texnikaların idarəedilməsi zamanı təhlükəsizlik qaydalarının riayiət olunmasına dair məlumatlandırıcı söhbətlər aparılıb.
Tədbirin sonunda Dövlət Xidmətinin əməkdaşları kənd məktəbinin ərazisində ağacəkmə kampaniyasını təşkil edin. “Səyyar Xidmət” Qrupu tərəfindən ərazidə 30 dən artıq həmişəyaşıl ağaclar əkilib.
Bir qayda olaraq “Səyyar Xidmət” respublikanın bütün rayonlarını əhatə etməklə mütəmadi olaraq texnika mülkiyətcilərinə yerində qanuna müvafiq xidmətləri davam etdirəcək.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh