Bakıda qatar avtobusla toqquşdu – 1 ölü, 34 yaralı - FOTO + VİDEO (YENİLƏNİB 3)

Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 34-ə çatıb. Avtosfer.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova “Report”a bildirib ki, yaralılardan 2-si Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 3-ü 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib. O qeyd edib ki, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.
***15:50
Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 26 nəfərə çatıb. Avtosfer.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova “Report”a bildirib ki, yaralılardan 22 nəfəri hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib. O qeyd edib ki, hadisə zamanı yaralanan 13 yaşlı məktəbli xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.
***14:52
Xəzər rayonu, Binə qəsəbəsi ərazisində qatarla avtobus toqquşub. Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, 160 nömrəli marşrut avtobusu dəmiryolu xəttini keçərkən şlaqbauma əhəmiyyət verməyib və yaxınlaşan qatarı gözləməyib. Nəticədə toqquşma baş verib. Qatar avtobusu vuraraq müşahidə məntəqəsinə çırpıb. Avtobusun bir hissə tam yararsız hala düşüb, müşahidə məntəqəsi uçub. Ölən və yaralananların olduğu bildirilir. Hadisə yerinə xeyli saytda polis və təcili yardım maşınları cəlb olunub. Avtobusun içərisindəkilərin əksəriyyəti məktəblilərdir. Hadisə nəticəsində yaralananlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılır.
***14:45
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, 10 təcili tibbi yardım briqadası cəlb edilib. 8 yaralı Sabunçuda yerləşən 3 saylı şəhər xəstəxanasına aparılır. Avtosfer.az-a şahidlərin verdiyi xəbərə görə, ölənlərin sayı çoxdur. Onlardan ikisi məktəbdən qayıdan azyaşlıdır.
Orxan
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI





















