Taksidə siqaret çəkmək qadağan olundu

Qaydalar 1 Oktyabr 2018 20:17 Oxunub 4602
Taksidə siqaret çəkmək qadağan olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Layihə səsverməyə çıxarılaraq qəbul olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Avtosfer.az-ın xəbərinə görə, dəyişiklik tütünlə bağlı cərimələrin tətbiq olunmasıdır. Məcəllənin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinin 0.4-cü bəndinə əsasən, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir. Bu cərimə sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlərə də tətbiq olunacaq. Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh