Qoçu sürücü yolu kəsdi, yol polisi dərhal cərimə etdi - VIDEO

Avtosfer TV 2 Oktyabr 2018 10:20 Oxunub 3305
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin sürücüsünü törətdiyi xətaya uyğun olaraq məsuliyyətə cəlb edib

Sürücü Rüstəm Cəfərov yolda başına gələn xoşagəlməz hadisəni sosial şəbəkədə paylaşaraq YPX əməkdaşlarına öz təşəkkürünü bildirib. Avtosfer.az xəbər verir ki, sürücü oktyabrın 1-i səhər saatlarında paytaxtın M.Rüstəmov küçəsində hərəkətdə olarkən onun qarşısına keçən 99-BV-293 qeydiyyat nişanlı "Kia Sorento" markalı avtomobilin sürücüsü lüzumsuz olaraq tormoz verib onun hərəkətini məhdudlaşdırıb.

Sürücü Rüstəm Cəfərov qarşıdakı sürücünün bu hərəkətindən qəzəblənərək yolda xidmət aparan 99-YP-372 qeydiyyat nişanlı patrul avtomobilinə yaxınlaşıb. YPX əməkdaşı sürücünün haqlı iradına dərhal reaksiya verərək qeyd etdiyimiz avtomobilin sürücüsünü törətdiyi xətaya uyğun olaraq məsuliyyətə cəlb edib.

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh